Bakıda bacısını öldürən şəxsin məhkəməsi başlayıb

KRİMİNAL
11:28 16.11.2016
1554
Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun məhkəməsi başlayıb.
 
AZXEBER.COM-un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 23-ə təyin edilib.
 
Qeyd edək ki, bu ilin mayında Bakının Nərimanov rayonunda Emin Çobanov münaqişə zəminində bacısı Rübabəni mübahisə zəminində bıçaqla qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR