Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü
SOSİAL
15:43 06.08.2018
4714
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib.

Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yaşayan, 1969-cu il təvəllüdlü Şükürov Yolçu Bayram oğlu idarə etdiyi "Mercedes GL-550" markalı 99 HS 630 dövlət nömrə nişanlı avtomobillə Xəzər rayonu, Zuğulba prospekti ilə Buzovna qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən 1968-ci il təvəllüdlü, Sabirabad rayonunun Qalaqayın kənd sakini Fərzəliyeva Leyla Nəsir qızını vurub.

Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR