Bakıda bahalı maşınlara qənim kəsilən şəxs ƏLƏ KEÇDİ

Bakıda bahalı maşınlara qənim kəsilən şəxs ƏLƏ KEÇDİ
SOSİAL
18:18 03.05.2022
1147
Bakıda avtomobilləri yandıran şəxs aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus "Lexus” və "Hyundai” markalı avtomobilləri yandırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini R. Abbasov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR