Bakıda bankın sistemi çökdü

Bakıda bankın sistemi çökdü
Bütün Xəbərlər
11:36 02.07.2014
2562
Beynəlxalq Bankın fəaliyyəti dünəndən etibarən dayanıb. 
ANS PRESS-in məlumatına görə, fasilənin yaranmasına səbəb bankın sistemində yaranan nöqsan olub. Bankın məlumat bürosundan bildirilib ki, dünən texniki dəstək göstərilərək sistemi bərpa etmək mümkün olsa da saat 17:30-dan sonra yenidən problem yaranıb. Hazırda Beynəlxalq Bankın bütün filiallarında iş dayanıb: "İT xidməti problemi aradan qaldırmağa çalışır. Təxminən 1,2 saat ərzində problem həll olunacaq",- deyə bürodan bildirilib.
İşçilər filiallardan çıxarılıb və sistemə müdaxilə olunur. Şahidlər bildirib ki, hazırda bankın sistemində yaranan nöqsanların həlli üçün İT xidməti fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR