Bakıda bankların iş saatı artırıldı

Bakıda bankların iş saatı artırıldı
SOSİAL
11:50 10.06.2016
1657
Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə "2016 Formula 1 Avropa Qran Prisi" ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
AZXEBER.COM bildirir ki, Palatadan azvision.az-a verilən məlumata görə, yarışlar zamanı paytaxtımıza əhəmiyyətli turist axınının olacağını nəzərə alaraq onların valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanının təmin edilməsinin zəruri olduğu qeyd olunub. R.Aslanlı şəhərin mərkəzi hissəsində, xüsusilə trek boyu ərazilərdə və istirahət məkanlarında valyuta dəyişmə xidmətlərinin qeyri-iş günlərində və daha uzun saatlar üzrə təşkil edilməli olduğunu bildirib.
Sədr müvafiq istiqamətdə banklar ilə fəaliyyətin əlaqələndirilməsi, monitorinqlərin təşkili və çevik müdaxilə tədbirləri barədə konkret tapşırıqlar verib.
Azərbaycanda ilk dəfə keçiriləcək dünyaca məhşur "Formula 1" yarışlarını izləmək üçün Bakıya gələcək minlərlə əcnəbi qonaqların və şəhərimizin sakinlərinin bank, xüsusən də valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində səhər saat 9:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcək.
Bundan əlavə qeyd edək ki, "Bank Respublika"nın Neftçilər pr, 67 ünvanında yerləşən "Ofis 24" filialı və "DəmirBank"ın Nizami küçəsi 111-də yerləşən "Mərkəz" filialı xarici turistlərin və ölkə vətəndaşlarının istifadəsi üçün şənbə və bazar günləri daxil olmaqla həftə boyu 24 saat fəaliyyət göstərir.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının prezidentinin 03 fevral 2016-cı il tarixli fərmanı ilə yaradılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqda yeni səhifə
20:56 26.04.2025
Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıqda yeni səhifə
Husilər ABŞ-nin “Harri Truman” aviadaşıyıcısına pilotsuz təyyarələrlə hücum edib
20:41 26.04.2025
Husilər ABŞ-nin “Harri Truman” aviadaşıyıcısına pilotsuz təyyarələrlə hücum edib
Sabiq direktora hökm oxundu
20:25 26.04.2025
Sabiq direktora hökm oxundu
Türkiyədə zəlzələdən sonra çadırda qalan qadınlar GÜLLƏLƏNDİ
20:19 26.04.2025
Türkiyədə zəlzələdən sonra çadırda qalan qadınlar GÜLLƏLƏNDİ
Samuxda azyaşlını at vurdu
20:02 26.04.2025
Samuxda azyaşlını at vurdu
Mediamızın keçmişinə dəyər, bu gününə dəstək və gələcəyinə işıqsalan sərəncam - NAHİD CANBAXIŞLI YAZIR
19:48 26.04.2025
Mediamızın keçmişinə dəyər, bu gününə dəstək və gələcəyinə işıqsalan sərəncam - NAHİD CANBAXIŞLI YAZIR
“Bu, məni vadar edir ki...” - Trampdan sərt bəyanat
19:42 26.04.2025
“Bu, məni vadar edir ki...” - Trampdan sərt bəyanat
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
19:28 26.04.2025
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTOLAR
19:19 26.04.2025
Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTOLAR
ABŞ-İran növbəti yüksək səviyyəli danışıqlarının tarixi açıqlanıb
19:09 26.04.2025
ABŞ-İran növbəti yüksək səviyyəli danışıqlarının tarixi açıqlanıb
Partlayış olan limana helikopterlər göndərildi
18:51 26.04.2025
Partlayış olan limana helikopterlər göndərildi
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
18:45 26.04.2025
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
18:34 26.04.2025
Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib
18:20 26.04.2025
ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib
MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ
18:08 26.04.2025
MİDA-dan ipoteka ilə ev almaq istəyirdi, başına OYUN GƏLDİ
“İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək”
17:57 26.04.2025
“İran Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə imkan verəcək”