Katarakt

Bakıda baş tutacaq Türkiyə - Uels oyununa nə qədər bilet satılıb?

İDMAN
15:34 14.06.2021
339
Bakı Olimpiya Stadionunda iyunun 16-da AVRO-2020 futbol üzrə Avropa çempionatının A qrupu üzrə Türkiyə-Uels matçı baş tutacaq.
 
AZXEBER.COM-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib ki, maksimum ümumi tutumun yarısı qədər azarkeş buraxıla bilər:
 
"Türkiyə-Uels matçına ümumilikdə neçə biletin satıldığı hələ ki, dəqiqləşməyib, yaxın saatlarda müəyyənləşəcək. Amma onu qeyd edim ki, stadiona maksimum ümumi tutumun yarısı qədər azarkeş buraxıla bilər. Oyun üçün xüsusi açılış tədbiri nəzərdə tutulmur”.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR