Bakıda baş verən atışma ilə bağlı açıqlama - 3 nəfər yaralanıb

Bakıda baş verən atışma ilə bağlı açıqlama - 3 nəfər yaralanıb
SOSİAL
15:02 10.03.2023
766
Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.

Məlumat AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.
OXŞAR XƏBƏRLƏR