Bakıda bayram günü bədbəxt hadisə - Partlayıcı oyuncaq uşağı yaraladı

Bakıda bayram günü bədbəxt hadisə - Partlayıcı oyuncaq uşağı yaraladı
SOSİAL
15:26 04.01.2018
971
Bayram günlərində (31 dekabr-3 yanvar) Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 100-ə qədər xəstə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a institutun direktoru İlqar Qasımov deyib.

Onun sözlərinə görə, həmin müddətdə müraciət edənlərin sayı adi günlərə nisbətən fərqlənməyib.

İ.Qasımov əlavə edib ki, bayramla əlaqədar bir uşaq partlayıcı oyuncaqdan istifadə edərkən yüngül xəsarət alıb. 
OXŞAR XƏBƏRLƏR