Bakıda betonqarışdıran maşın aşıb.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
Hadisə "Ağ şəhər" yaxınlığında qeydə alınıb.
Belə ki hərəkətdə olan betonqarışdıran maşınının sürücüsü idarəetməni itirdiyi üçün qəza baş verib.
Xəsarət alanlar barədə məlumat yoxdur.