Bakıda bəzi yollarda sürət həddi azaldıldı

Bakıda bəzi yollarda sürət həddi azaldıldı
SOSİAL
10:30 31.01.2017
1042

Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də paytaxt yollarında ciddi tıxac müşahidə edilmir.

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda deyilir ki, meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti (şəhər istiqamətində), Xocalı prospekti (şəhər istiqamətində), Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Faktiki hava şəraiti ilə əlaqədar olaraq, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - hava limanı istiqamətində, eləcə də Nobel prospekti - Zığ yolu - Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb: "Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

BNA bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir.

Qeyd edək ki, hazırda BNA müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah bu ərazilərdə qaz olmayacaq
18:08 13.03.2025
Sabah bu ərazilərdə qaz olmayacaq
Rusiyada miqrantların ölkəyə girişinin tamamilə qadağan etmək təklif olunub
18:03 13.03.2025
Rusiyada miqrantların ölkəyə girişinin tamamilə qadağan etmək təklif olunub
Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır
17:51 13.03.2025
Ermənistan XİN: İrəvan Bakı ilə sülh sazişinin imzalanma vaxtını və yerini müzakirə etməyə hazırdır
Putin bu gün Trampın nümayəndəsi ilə görüşəcək
17:44 13.03.2025
Putin bu gün Trampın nümayəndəsi ilə görüşəcək
Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar - FOTOLAR
17:32 13.03.2025
Məşhurlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonaqları olublar - FOTOLAR
Novruz bayramı niyə əvvəlki kimi qeyd olunmur? - VİDEOSORĞU
17:26 13.03.2025
Novruz bayramı niyə əvvəlki kimi qeyd olunmur? - VİDEOSORĞU
Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
17:08 13.03.2025
Azərbaycanlı idmançı dostu ilə birlikdə Kiyevdə itkin düşdü
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
17:00 13.03.2025
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
Taksidə əlavə ödəniş tələbi qadağan edildi
16:58 13.03.2025
Taksidə əlavə ödəniş tələbi qadağan edildi
İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
16:34 13.03.2025
İtaliyalı jurnalist Mətbuat Şurasında olub - FOTOLAR
Müğənni Qismət uzun illər sonra üzə çıxdı - VİDEO
16:33 13.03.2025
Müğənni Qismət uzun illər sonra üzə çıxdı - VİDEO
Neft Emalı Zavodunda yanğından 3 gün sonra da təhlükə yaranıbmış - DTX-də cinayət işi açıldı
16:32 13.03.2025
Neft Emalı Zavodunda yanğından 3 gün sonra da təhlükə yaranıbmış - DTX-də cinayət işi açıldı
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov
16:19 13.03.2025
Ermənistan Azərbaycanın şərtlərini qəbul edib - Ceyhun Bayramov
Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır
16:01 13.03.2025
Bu kərə yağının tərkibində yağ turşuları aşkarlandı - Satışdan çıxarılır
"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
15:49 13.03.2025
"Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar prosesi yekunlaşıb"
Bu gənclər sizi təəccübləndirəcək: "Hazırladığımız oyunlar dünyaya səs salacaq" -  VİDEO
15:44 13.03.2025
Bu gənclər sizi təəccübləndirəcək: "Hazırladığımız oyunlar dünyaya səs salacaq" - VİDEO