Bakıda binada yanğın - 10 nəfər təxliyyə edildi

Bakıda binada yanğın - 10 nəfər təxliyyə edildi
SOSİAL
23:51 13.11.2021
348
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac və çıxış kabeli 5 p.m yanıb.

Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR