Bakıda binada yanğın olub, 3 nəfər xəsarət alıb, 3-ü xilas edilib

Bakıda binada yanğın olub, 3 nəfər xəsarət alıb, 3-ü xilas edilib
SOSİAL
09:10 26.07.2017
961
Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
 
AZXEBER.COM "Report"-a  istinadən xəbər verir ki, yanğın nəticəsində binanın şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb.
 
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas edilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

OXŞAR XƏBƏRLƏR