Bakıda binanın həyətində avtomobil yanıb - VİDEO

Bakıda binanın həyətində avtomobil yanıb - VİDEO
SOSİAL
10:30 18.12.2019
2059

Bakının Nərimanov rayonunda minik avtomobili yanaraq yararsız hala düşüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə İsmayıl Hidayətzadə küçəsində baş verib. 

"Mercedes" markalı avtomobilin mühərrik hissəsi qəfil alışıb. Alov yaxınlıqdakı obyektin giriş qapısına keçib. Əraziyə FHN-in 3 texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun digər avtomobil və obyektə keçməsinin qarşısı alınıb. 

OXŞAR XƏBƏRLƏR