Bakıda binanın lifti qırıldı: xəsarət alanlar var

Bakıda binanın lifti qırıldı: xəsarət alanlar var
SOSİAL
22:45 16.01.2024
305
Yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə TƏBİB-dən AZXEBER.COM-a bildirilib.

Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
OXŞAR XƏBƏRLƏR