Bakıda binanın qarşısında yanğın başladı

Bakıda binanın qarşısında yanğın başladı
SOSİAL
21:52 26.06.2018
4117
Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.

AZXEBER.COM-un Trend-ə istinadən məlumatına görə, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.

Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.

Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
OXŞAR XƏBƏRLƏR