Bakıda bir yumruqla arvadını öldürdü

SOSİAL
11:41 25.03.2016
2788
Bakıda qətl törədilib.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Yasin Mikayılov ailə münaqişəsi zəminində həyat yoldaşı Samirə Mikayılovaya yumruq vuraraq öldürüb.
Y.Mikayılov tutulub. Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

OXŞAR XƏBƏRLƏR