Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başladı

Bakıda blogeri qətlə yetirən şəxsin məhkəməsi başladı
SOSİAL
14:19 20.06.2022
195
Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Əvəz Şıxməmmədovun (Hafizli) qətlə yetirilməsində təqsirləndirilən Əmrulla Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, təqsirləndirilən şəxs məhkəməyə gətirilməyib, o saxlandığı Bakı İstintaq Təcridxanasından onlayn qaydada məhkəmə iclasına qoşulub.
Bu cinayət işi üzrə araşdırmalar iyulun 4-də davam edəcək.

Xatırladaq ki, Əvəz Şıxməmmədov fevralın 22-də Bakının Balaxanı qəsəbəsində, yaşadığı evin həyətində bıçaqla qətlə yetirilib. Cinayəti törətməkdə təqsirləndirilən Əmrulla Güləliyev hadisənin mübahisə zəminində baş verdiyini bildirib. O CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.
OXŞAR XƏBƏRLƏR