Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var

Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var
SOSİAL
11:19 26.04.2017
973

 

Bakıda avtomobil 4 piyadanı vurub. 

 

Hadisə dünən saat 8:05-də Nizami rayonu Qara Qarayev prospekti 1 ünvanının qarşısında baş verib. "BMW” markalı, 10 BK 434 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Cəfərova Tamaşa Abbas qızı, 1993-cü il təvəllüdlü Ağazadə Dəyanət Adil oğlu, 1994-cü il təvəllüdlü Ağazadə İlham Xəlil oğlu və 1968-ci il təvəllüdlü Rzayev Rafiq Mədət oğlunu vurub. 63 yaşlı qadın aldığı xəsarətlərdən vəfat edib. Digər şəxslər isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 
///lent.az
OXŞAR XƏBƏRLƏR