Bakıda bu avtobuslarda bank kartı ilə ödəniş aktivləşdirildi

Bakıda bu avtobuslarda bank kartı ilə ödəniş aktivləşdirildi
SOSİAL
12:34 20.12.2025
679
Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay” və "Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə start verilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, layihənin pilot mərhələsi çərçivəsində, ilk olaraq 500 nömrəli marşrut xəttində (metronun "20 Yanvar” stansiyası - Sumqayıt şəhəri) tətbiq edilib.

Pilot layihə 1-3 gün müddətində sınaqdan keçiriləcək. Nəticələr təhlil edilməklə sistemin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur. Bununla da Bakıdakı bütün marşrut avtobuslarında NFC ödəniş sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də "Apple Pay” və "Google Pay”  tam şəkildə tətbiq olunacaq.

Yeni sistem sərnişinlərə əlavə üstünlüklər də təqdim edir. Artıq nağd pul və ya fiziki "BakıKart” daşınmasına ehtiyac qalmır - telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr içində ödəniş etmək mümkündür. Cihazı validatora yaxınlaşdırmaq  kifayətdir - ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Sərnişinlər avtobuslarda ödəniş etdikdə yalnız NFC dəstəkli bank kartları, həmçinin smartfon və "BakıKart”dan istifadə etməlidirlər.

Məlumat üçün bildirək ki, "MasterCard” və "Visa” kartları ilə ödəniş sistemi ölkə ərazisində bir sıra şəhərlərdə, o cümlədən Gəncə və Şamaxıda artıq tətbiq olunur. 

Qeyd edək ki, Bakı metrosunda sərnişinlər gedişhaqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları ilə ödəmək imkanını bu il noyabrın 1-dən əldə ediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi