Bakıda bu küçədə sakinlər şikayətçidir, zibil suyu küçələrə axıdılır? - AÇIQLAMA - VİDEO

Bakıda bu küçədə sakinlər şikayətçidir, zibil suyu küçələrə axıdılır? - AÇIQLAMA - VİDEO
SOSİAL
16:24 12.09.2024
256
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yaşayan sakinlər zibil suyunun küçələrə axıdılmasından şikayətçidirlər. 

Adıçəkilən ərazidə olan dözülməz qoxu, ətrafa səpələnmiş zibil parçaları dayanacaqdakı insanlar arasında ciddi narahatlığa və müzakirələrə səbəb olub. 

Sakinlər AZXEBER.COM-a müraciətində qeyd ediblər ki, hər gün gecə saatlarında əraziyə göndərilən zibil maşınları zibili daşıyarkən zibilin suyunu küçələrə axıdırlar. 

Onlar müvafiq qurumların məsələ ilə bağlı tədbir görməsini istəyib. 

AZXEBER.COM mövzu ilə bağlı Sabunçu rayonu Kommunal Təsərrüfat idarəsi ilə əlaqə saxlayıb. İdarədən verilən açıqlamada hazırda həmin ərazinin təmiz olduğunu bildirilib: 

"Məlumat üçün bildirmək istəyirik ki, yay mövsümündə bərk məişət tullantılarının kəskin artması, qeyd olunmuş ünvanda bərk məişət tullantısı daşıyan xüsusi təyinatlı nəqliyyat vasitəsində yaranan nasazlıq və tullantının toplanarkən preslənərək nəqliyyat vasitəsinə yığılması səbəbindən tullantı suyunun axması halı baş vermişdir. Kommunal Təsərrüfatı İdarəsinin Nəqliyyat Mexanikləşdirmə sahəsi tərəfindən nasazlıq aradan qaldırılmışdır”. 

Oksana Orucova
OXŞAR XƏBƏRLƏR