Bakıda bu məktəb direktoruna cinayət işi açıldı

Bakıda bu məktəb direktoruna cinayət işi açıldı
SOSİAL
16:32 17.08.2021
761

Dövlət büdcəsi vəsaitlərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov adına 4 saylı tam orta məktəbdə direktor vəzifəsində işləyən Rəhimova Fətdanə Əsədulla qızı tərəfindən mənimsəməsinə dair Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, araşdırma nəticəsində Rəhimova Fətdanə Əsədulla qızının vəzifə səlahiyyətlərindən istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsinin əməkdaşlarının işə gəlməmələrinə şərait yaradıb onlara ayrılmış 35.000 manat əmək haqqını mənimsəməsinə əsaslı şübhələr məyyən edildiyindən Sabunçu rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Fətdanə Rəhimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət prosessual qanunvericiliyə uyğun olaraq Fətdanə Rəhimovanın xidməti otağında və yaşadığı ünvanda aparılmış axtarış zamanı məktəbin əməkdaşlarının adına olan ümumilikdə 38 ədəd əmək haqqı kartı, çoxsaylı sosial sığorta şəhadətnamələri və iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Rəhimova Fətdanə Əsədulla qızının qanunsuz əməllərindən zərər çəkmiş şəxslərdən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

"Report" bildirir ki, 62 yaşlı F.Rəhimova 2003-cü ildən həmin məktəbin direktorudur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
14:45 08.07.2025
Azərbaycanda bu şagirdlər pulsuz məktəbli formaları alacaq
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
14:28 08.07.2025
Azərbaycanda “Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiqlənib
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
14:20 08.07.2025
Peskov: Yeni sanksiyalar olacağı təqdirdə, onların nəticələrini minimuma endirmək üçün hər şeyi edəcəyik
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
13:48 08.07.2025
Bu hallarda xəbərdarlıq edilmədən qaz kəsilməyəcək
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
13:33 08.07.2025
Binədə qadının evindən 10 kq narkotik çıxdı - Video
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
13:11 08.07.2025
AccessBank Lənkəran filialının damının əsaslı təmiri üzrə tender elan edir
Sabah yağış yağacaq
13:03 08.07.2025
Sabah yağış yağacaq
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
13:01 08.07.2025
DTX məlumat yaydı - Videomüşahidə kameralarına kibermüdaxilələrin qarşısı alınıb
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
12:33 08.07.2025
Türkiyəli iş adamı məşhur iqamətgah üçün 26 milyon ödədi
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
12:10 08.07.2025
Sabit aylıq tarif hər bir abonent üçün 1 manatı aşmayacaq
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
11:57 08.07.2025
Kazino oyunlarının təşkilatçılarına dair qayda müəyyənləşir
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
11:56 08.07.2025
MM QHT-lərlə bağlı yeni cərimələri son oxunuşda qəbul etdi
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
11:50 08.07.2025
Əhməd İsmayılov: Medianın peşəkarlığının artırılması informasiya siyasətinin prioritetlərindəndir
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
11:47 08.07.2025
Rusiyalı məşhur müğənni Burak Özçivit ilə - FOTO
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
11:46 08.07.2025
Bank Respublika Beyləqanda yeni filialını açdı - FOTOLAR
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi
11:41 08.07.2025
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqlədi