Bakıda çay evində qan töküldü: 24 yaşlı oğlan ürəyindən bıçaqlandı

Bakıda çay evində qan töküldü: 24 yaşlı oğlan ürəyindən bıçaqlandı
SOSİAL
14:35 19.02.2020
2140
Bakıda çay evində bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Ü. Hacıbəyov küçəsi 9-da yaşayan, 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu Biləcəri qəsəbəsində yerləşən "Çardaq" çay evində tanımadığı şəxslə mübahisə edib.

Həmin şəxs R. Mövlamovu sol döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR