Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, xəsarət alan var

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçub, xəsarət alan var
HADİSƏ
22:26 01.06.2025
489
Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb.

Bu barədə AZXEBER.COM-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR