Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini N.Ağammədova saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, o, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
N.Ağammədova iyunun 21-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 265 manat, 300 ABŞ dolları və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinir.