Bakıda çimərlikdə faciə: 15 yaşlı uşaq dənizdə batdı

SOSİAL
10:33 18.06.2019
4069
Bakıda 15 yaşlı uşaq dənizdə boğulub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın "Şıx" çimərliyində baş verib.

Bakı şəhər sakini, Malışeva İlhamə Firudin qızı sevgilisi Eduard Qvenadze, övladları - Vaqin Andreyev, Umar Malışev və qızı Aleksandra Rəhmanova ilə birlikdə "Şıx" çimərliyindəki kafelərdən birinə gəliblər. Bir müddətdən sonra uşaqlar dənizdə çimərkən 2004-cü il təvəllüdlü V.Andreyev dənizdə batıb.

Təxminən 20-25 dəqiqədən sonra V.Andreyevin boğulmuş meyiti sudan çıxarılıb.

OXŞAR XƏBƏRLƏR