Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb

Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
SİYASƏT
09:31 24.11.2024
267
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyasının ikinci hissəsi yekunlaşıb.

"Report"un məlumatına görə, COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirib, heç kimin Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmədiyini, dünyanın gözünün COP-a fokuslandığını deyib.

Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, ölkəsində keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır.

Daha sonra COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqlənib. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olunub.

Plenar iclasda Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub. Bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır.

Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub.

Plenar iclasda Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir.

Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub.

Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.

COP29 Prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, BMT-nin rəhbərliyinin və müvafiq qurumlarının, Azərbaycanın dövlət orqanlarının, COP29 Əməliyyat Şirkətinin, könüllülərin fəaliyyətini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Razılaşmaya bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da qoşulub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış-Video
21:02 18.04.2025
Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - DİN-dən çağırış-Video
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
20:50 18.04.2025
Rusiya vətəndaşlığı olmayan şəxslərə orduda xidmət etməyə icazə verə bilər
"WhatsApp"dan yenilik
20:33 18.04.2025
"WhatsApp"dan yenilik
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar- FOTOLAR
20:26 18.04.2025
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar- FOTOLAR
Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş
20:15 18.04.2025
Xocalıda insanları necə öldürdüklərini etiraf etdi - Əmri o veribmiş
Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
19:57 18.04.2025
Rusiya və Ukrayna arasında meyit mübadiləsi baş tutub
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
19:49 18.04.2025
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 70-i ötüb
Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarılıb
19:37 18.04.2025
Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarılıb
Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək
19:24 18.04.2025
Voytsex Şensnı "Barselona"nın əsas qapıçısı olmaqda davam edəcək
Putin İranın ali liderinə məktub göndərib
19:13 18.04.2025
Putin İranın ali liderinə məktub göndərib
Bundesliqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb
18:59 18.04.2025
Bundesliqa təmsilçisi futbolçusu ilə müqavilə müddətini uzadıb
ABŞ-nin Yəməndəki limana zərbələri nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb
18:39 18.04.2025
ABŞ-nin Yəməndəki limana zərbələri nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
18:25 18.04.2025
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
lham Əliyev və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar - FOTOLAR
18:24 18.04.2025
lham Əliyev və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar - FOTOLAR
Araqçi: Rusiya və İranın mövqeləri bu gün keçmişdəkindən daha yaxındır
18:11 18.04.2025
Araqçi: Rusiya və İranın mövqeləri bu gün keçmişdəkindən daha yaxındır
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edib
17:56 18.04.2025
ABŞ Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edib