Bakıda COVID-19-a ən çox yoluxma bu rayonda qeydə alınıb

SAĞLAMLIQ
10:19 05.05.2021
542
Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.

AZXEBER.COM xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,7 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,3 %-lə Yasamal, 11,1 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR