Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək

Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək
SOSİAL
15:11 28.02.2025
220
Bakıda çoxmənzilli binalarda 141 lift dəyişdiriləcək.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamda deyilir.

Sənədə əsasən, Bakıda liftlərin dəyişdirilməsinə 7 milyon manat vəsait ayrılıb.  

Sumqayıtda bu məqsədlərdən ötrü 1 milyon 491 min (30 lift), Naxçıvanda  546 min (11 lift) Gəncədə  497 min manat (10 lift), Xırdalan  248 min manat (5 lift), Qazaxda  99,4 min manat (2 lift), Bərdə  49,7 min manat (1 lift) ayrılıb.
OXŞAR XƏBƏRLƏR