Bakıda çoxmərtəbəli binada partlayış baş verdi

Bakıda çoxmərtəbəli binada partlayış baş verdi
Bütün Xəbərlər
12:44 01.02.2012
2107

Yanvarın 31-də axşam saatlarında Bakının Yasamal rayonunda binanın zirzəmisində partlayış baş verib.

ANS-in verdiyi məlumata görə, hadisə Kənar Dairəvi küçəsi, 20 ünvanında yerləşən 17 mərtəbəli binada qeydə alınıb. Məlumata görə, transformatorun partlaması nəticəsində binada güclü yanğın baş verib. Yanğın nəticəsində hər tərəfi tüstü bürüyüb. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib və 4 “Təcili Tibbi Yardım” maşını cağırılıb. Şahidlərin sözlərinə görə, bina sakinləri Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının və polislərin köməyi ilə təxliyə olunub. Tüstüdən zəhərlənənlərə təcili yardım həkimlərinin köməyi ilə ilkin yardım göstərilib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən yanğının qarşısının alındığı, ölən və xəsarət alanlar haqqında məlumatın olmadığını bildiriblər.

OXŞAR XƏBƏRLƏR