Bakıda çoxmərtəbəli binada yanğın - 10 nəfər təxliyə edildi

Bakıda çoxmərtəbəli binada yanğın - 10 nəfər təxliyə edildi
SOSİAL
17:43 17.04.2017
755

 

Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü  qismən və 1 ədəd qapı yanıb.
 
AZXEBER.COM-un FNH-in saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR