Bakıda çoxmərtəbəli binada yanğın başlayıb: Sakinlər təxliyə olunurlar

Bakıda çoxmərtəbəli binada yanğın başlayıb: Sakinlər təxliyə olunurlar
SOSİAL
19:13 28.11.2025
127
Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətindəm məlumat verilib.

Qeyd olunub ki, hadisə yerində sakinlərin təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR