Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlanıb

Bakıda çörək sexində dava, 1 nəfər bıçaqlanıb
SOSİAL
23:27 20.05.2019
5976

Bakıda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində baş verib.

Həmin sexdə işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib.

Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR