Bakıda çörək sexinin sahibini öldürən fəhlənin məhkəmə istintaqı başa çatdı

Bakıda çörək sexinin sahibini öldürən fəhlənin məhkəmə istintaqı başa çatdı
KRİMİNAL
18:57 22.01.2019
8959

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Aysel Məmmədova ifadə verib.

O, hadisənin baş verdiyi yerdə - "Batabat" kafesində çalışdığını, həmin zaman təqsirləndirilən şəxslə mərhum Elmar Qasımovun mübahisə etdiyini bildirib.

A.Məmmədova deyib ki, hadisə zamanı E.Qasımov İ.Cəfərovu təhqir edib, sonra boğazından tutaraq yuxarı qaldırıb: "Mən müdaxilə edə bilmədim. Bir də onu gördüm ki, İsmayıl cibindən bıçaq çıxarıb Elmar vurdu. Elmar "maşın, maşın" deyə qışqırıb çölə çıxdı. Bir maşına əl eləsə də saxlamadı. Sonra özü yeriyərək getdi. Nə olduğunu bilmədik".

Şahid ifadəsinin sonunda təqsirləndirilən şəxsin günahsız olduğunu, sakit adam olduğunu söyləyib.

Daha sonra digər şahid, "Batabat" kafesində çalışan Samra Taralova dindirilib. O qeyd edib ki, iş yoldaşı A.Məmmədova İ.Cəfərovdan nisyə çörək alıb, buna görə də sex sahibi E.Qasımov təqsirləndirilən şəxslə mübahisə edib: "Sonra içəri keçdim və bu hadisə baş verdi".

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.

Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Viyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
14:00 17.06.2025
Sosial şəbəkədə yardım toplayan qadın dələduzların qurbanı oldu
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
13:40 17.06.2025
Evlənmək üçün İsrailə gedən Manor Solomon geri qayıda bilmir
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
13:39 17.06.2025
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
13:34 17.06.2025
İspaniyanın xarici işlər nazirindən çağırış - İsrailə silah embarqosu qoyulsun
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
13:17 17.06.2025
Novxanıda gecə səs-küy yaradan obyektlər CƏRİMƏLƏNDİ
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir
13:10 17.06.2025
Netanyahu: İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir