Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olundu

SOSİAL
14:09 25.11.2021
191
Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən AZXEBER.COM-a verilən xəbərə görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.

OXŞAR XƏBƏRLƏR