Ötən gecə Bakıda qətl hadisəsi törədilib.
AZXEBER.COM lent.az-a istinadən bildirir, Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Piriyev Müzəffər Zərintac oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb.
Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrərək hadisə barədə məlumat verib.
Qeyd edək ki, M.Piriyev əvvəllər də məhkumluq həyatı yaşayıb.