Bakıda daha bir avtobus qəza etdi - FOTOLAR

Bakıda daha bir avtobus qəza etdi - FOTOLAR
SOSİAL
10:55 23.02.2017
1954

Bakıda avtobus qəzası baş verib.

Şahidlərin BakiPost.az-a verdiyi məlumata görə, hadisə Neftçilər metro stansiyasının yaxınlığında qeydə alınıb. 22 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacağa daxil olarkən qarşısında dayanan avtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtobusa ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR