Bakıda daha bir ərazidə söküntü - Evlər plana düşdü

Bakıda daha bir ərazidə söküntü - Evlər plana düşdü
SOSİAL
15:12 22.02.2026
3317
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində, dəmir yoluna yaxın tikilmiş evlərin söküləcəyi bildirilir.

AZXEBER.COM Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər ərazinin plana düşəcəyini deyirlər.

Amma onlar evlərin nə vaxt və hansı şərtlərlə söküləcəyi barədə məlumata malik olmadıqlarını bildiriblər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən isə bildirilib ki, hazırda ərazi üzrə layihələndirmə işləri aparılır.

OXŞAR XƏBƏRLƏR