Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı

Bakıda daha bir küçədə avtobuslar üçün xüsusi zolaq yaradıldı
SOSİAL
15:11 24.09.2026
117
Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı yaradılıb.

AZXEBER.COM xəbər verir ki, şəhərdə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq Şıxəli Qurbanov küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib.

Yeni zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrində mövcud olan avtobus zolaqları ilə əlaqələndirilib.

Xüsusi hərəkət zolağının yaradılmasında məqsəd avtobusların, xüsusilə ekspres marşrutların daha rahat və maneəsiz hərəkətini təmin etmək, intervalları azaltmaq və sərnişindaşımanın səmərəliliyini artırmaqdır.
OXŞAR XƏBƏRLƏR