Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
SOSİAL
13:46 28.09.2021
283
Sabahdan etibarən 163 nömrəli marşrut xətti (Ramana qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə AZXEBER.COM Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə "BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:

- Zabrat qəs. Nərimanov 23

- Ramana qəs. Daş Karxanası (ümumilikdə 6 ünvanda)

- Sadiq Cəfərov 26, Zabrat

- Babək 336, Zabrat

- Oktyabr küç. Zabrat

- Sabunçu qəs. Şəhər şosesi
OXŞAR XƏBƏRLƏR