Bakıda daha bir nəfər metil spirtindən öldü

Bakıda daha bir nəfər metil spirtindən öldü
SOSİAL
15:08 01.03.2025
182
Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

43 yaşlı E.Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu hadisə ilə də Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.
OXŞAR XƏBƏRLƏR