Bakıda dayının bacısı oğlunu öldürməsinin təfərrüatı - VİDEO, FOTOLAR

KRİMİNAL
22:24 14.12.2015
7418
Bakıda dayı bacısı oğlunu qətlə yetirib. Musavat.com-un məlumatına görə, hadisə Qaradağ rayonunun Lokbatan qəsəbəsində qeydə alınıb. Cavanşir Qəhrəmanov küçəsindəki fərdi yaşayış evlərinin birində qəsəbə sakini Vahid Novruzov aralarında yaranmış münaqişə zəminində bacısı oğlu, 21 yaşlı Zaur Novruzovu bıçaqlayaraq qətlə yetirib.
Əməkdaşlarımız qətlin baş verdiyi evdə olublar. Əldə etdiyimiz məlumata görə, hadisəyə qətlə yetirilən Zaur Novruzovun anası, 41 yaşlı Təranə Hüseynova ilə dayısı Vahid Novruzov arasında mübahisə səbəb olub. Zaur Novruzov anası ilə dayısının davasına müdaxilə edib. Vahid Novruzov bacısı oğlunun bud nahiyəsinə 1 bıçaq zərbəsi endirib. Yaralı gənc təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılsa da, o, yolda dünyasını dəyişib.
Faktla bağlı əraziyə Qaradag Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdasları cəlb olunub. Hadisəni törədən Vahid Novruzov saxlanılıb.
Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR