Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü

Bakıda dəhşət: Avtomobildə atasının qucağından sürüşən uşaq öldü
SOSİAL
11:02 21.10.2025
200
Bakıda yol qəzasında 7 yaşlı uşaq ölüb.

AZXEBER.COM xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR