Bakıda dəhşət: Kişi və arvadının meyitləri tapıldı - TƏFƏRRÜAT
SOSİAL
21:07 08.07.2026
689
Bakıda baş verən qətlin daha bir təfərrüatı məlum olub.
AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb Nübar Bağırovanın həyat yoldaşı Coşqun Bağırovdan boşanmaq istəməsi olub.
Coşqun Bağırov həbsdə olduğu müddətdə Nübar övladlarını saxlamaq üçün işləməyə başlayıb. Coşqun azadlığa çıxdıqdan sonra dəfələrlə həyat yoldaşı ilə barışmağa çalışsa da, Nübar buna razılıq verməyib. Nübar evlərinin satılmasına qarşı olsa da, Coşqun yaşadıqları mənzili satıb. Daha sonra isə Nübar bir müddət kirayədə qaldıqdan sonra anasının yarımçıq tikili evinə köçüb və qardaşı ilə birlikdə evi təmir edərək övladları ilə orada yaşayıb.
Coşqun həbsdən çıxdıqdan sonra Nübar onunla barışmaq istəməsə də, anası onları yenidən bir araya gətirib. Bundan sonra ana Rusiyaya köçüb. Ailə iki il bir yerdə yaşasa da, Nübar və Coşqun arasında tez-tez mübahisələr düşürmüş.
İyulun 7-də Coşqun övladlarını Nübarın qardaşıgilə aparıb və bir müddət orada qalmasını istəyib. Gecə saatlarında isə o, cinayəti törədib.