Bu barədə Demirören Haber Ajansı (DHA) Türkiyə Məhkəmə-Tibb İnstitutunun rəyinə istinadən məlumat yayıb.
Faciə aktrisanın ad gününü restoranlardan birində qeyd etməsindən bir gün sonra baş verib. İrtemin anasının sözlərinə görə, onlar axşam saat təxminən 20:30-da evə qayıdıblar. Ece sərxoş vəziyyətdə olarkən həkim tərəfindən təyin edilmiş antidepressant qəbul edib.
Ana gecə qızının tualetə getdiyini eşitsə də, səhər onu oyada bilməyib. Otağa daxil olduqda qızını huşsuz vəziyyətdə görüb. Onun ağzından xoşagəlməz qoxulu maye axdığı bildirilib.
Aktrisanın ölümü ilə bağlı daha əvvəl infarktdan tutmuş qadağan olunmuş maddələrin həddindən artıq qəbuluna qədər müxtəlif ehtimallar irəli sürülmüşdü. Lakin məhkəmə-tibbi ekspertiza bu versiyaları təkzib edib. Hazırda Türkiyədə narkotik vasitələrin istifadəsində şübhəli bilinən aktyorlarla bağlı genişmiqyaslı araşdırma aparılsa da, Ece İrtemin bu işlə heç bir əlaqəsinin olmadığı vurğulanıb.











































