Bakıda dəhşət: Polis qardaşı tərəfindən qətlə yetirildi

SOSİAL
09:47 25.02.2020
4323
Bakıda polis əməkdaşı qətlə yetirib.

AZXEBER.COM-un oxu.az-a istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb.

OXŞAR XƏBƏRLƏR

X Mostbet