Bakıda dəhşətli cinayət: Arvadına sataşan qonşunu evə gətirib...

Bakıda dəhşətli cinayət: Arvadına sataşan qonşunu evə gətirib...
SOSİAL
10:13 11.02.2021
27251
Bakıda dəhşətli cinayətlər törətməkdə ittiham olunan Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyevin məhkəməsi başa çatıb.

AZXEBER.COM "teleqraf.com”a istinadən bildirir ki, Aqşin Quliyev əvvəllər qonşusu olmuş İlham Həşimovun son aylar bir neçə dəfə yaşadığı Bülbülə qəsəbəsindəki mənzilinin qarşısında dayanaraq pəncərəyə baxdığını görüb.

O, İlham Həşimovun arvadı ilə münasibətdə olmasından və əxlaqsız təkliflər etməsindən şübhələnib.

Aqşin Quliyev İlham Həşimovu öldürmək qərarına gəlib. 2019-cu ilin sentyabrından başlayaraq İlham Həşimovun mobil telefonuna zənglər edərək onunla görüşmək istədiyini bildirib.

İlham Həşimov işdən gec çıxdığından yalnız istirahət günü görüşə biləcəyini deməsindən sonra onunla sentyabrın 29-da görüşmək barədə razılaşıb. Aqşin Quliyev onu yaşadığı mənzilinə çağırıb.

İlham Həşimov həmin gün saat 11 radələrində qeyd olunan ünvana gəlib. O, Aqşin Quliyevlə mənzilin qonaq otağında, stol arxasında söhbət edib.

Daha sonra Aqşin Quliyev televizorun yanından şüşə materialdan olan şirniyyat qabını götürürək stulda arxası ona tərəf əyləşmiş İlham Həşimovun baş nahiyəsinə zərbələr vurub. Onlar əlbəyaxa olublar. Aqşin Quliyev mənzilin girişindəki dəhlizdə əvvəlcədən gizlətdiyi bıçağı götürüb İlham Həşimova çoxsaylı xəsarətlər yetirib.

İlham Həşimov evin qapısından çıxaraq qaçmaq, köməyə adam çağırmaq istəsə də, Aqşin Quliyev buna imkan verməyib.

Aqşin Quliyev İlhamın onu öldürməməsi ilə bağlı yalvarışlarına məhəl qoymayıb, əlində olan bıçaqla zərbələr vurub, sonra isə başını kəsərək qətlə yetirib.

Aqşin Quliyev İlham Həşimovu öldürdükdən sonra təxminən 20 il əvvəl qardaşının keçmiş arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi və həmin müddətdən qərəzli münasibətdə olduğu uzaq qohumu, "sınıqçı" kimi fəaliyyət göstərən Füzuli Şirinovu da öldürmək qərarına gəlib.

Aqşin Quliyev həmin gün saat 13 radələrində İlham Həşimovu öldürdüyü mətbəx bıçağını paltarında gizlədib və yaşadığı ünvandan çıxaraq taksi ilə Füzuli Şirinovun yaşadığı Binəqədi rayonuna gəlib. O, həmin vaxt evində xəstə müayinə edən Füzuli Şirinovu gözləyib.

Füzuli Şirinov dəhlizə çıxan zaman üzərində olan bıçaqla ona oğlunun gözləri qarşısında xəsarətlər yetirib. Füzuli Şirinovun oğlu araya girib və Aqşin Quliyevin hərəkətlərinin qarşısını alıb.

Füzuli Şirinov vaxtında xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Aqşin Quliyev həbs edilib.

İstintaq orqanı tərəfindən Aqşin Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Quliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Aqşin Quliyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Aqşin Quliyevin şikayəti təmin olunmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb