Bakıda dəhşətli hadisə – Kişi atasını və qardaşını qanına qəltan etdi

Bakıda dəhşətli hadisə – Kişi atasını və qardaşını qanına qəltan etdi
SOSİAL
10:18 26.07.2018
7978
Bakı şəhəri, Sabunçu rayonunda ailə məişət zəminində iki nəfər xəsarət alıb.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hadisə Nərimanov küçəsində qeydə alınıb.

28 yaşlı Mehdiyev Anar Bayram oğlu və 53 yaşlı Mehdiyev Bayram İsa oğlu yaşadıqları evdə mübahisə zəminində xəsarət alıb.

Hər iki şəxs ailənin kiçik oğlu (adı açıqlanmır) tərəfindən bıçaqlanıb. 

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR