Bakıda qayınata gəlinini qətlə yetirib.
AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.
Qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D. Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisə nəticəsində A. Əliyev gəlinini bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən A. Əliyerv şübhəli şəxs qismində saxlanılıb.