Heydər Əliyev prospektində zəncirvari qəza baş verib.
AZXEBER.COM-un məlumatına görə, hadisə günorta saatlarında yaşanıb. Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində sürət həddini idarə edə bilməyən daha iki avtomobil bir-birinə çırpılıb.
Hadisə nəticəsində sürücülər arasında ağır xəsarət alanın olduğu bildirilir.
Qəza prospektdə hərəkətin müvəqqəti məhdudlaşmasına səbəb olub.
Leyla Rəhimli


