Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT

Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
SOSİAL
19:40 21.06.2026
379
Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib:

"Ayşən LTD" MMC-nin müvəqqəti istismarında olan 214 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus piyada səkisinə çıxaraq 214A nömrəli avtobusdan düşən sərnişini vurub. Hadisə ilə əlaqədar təəssüfləndiyimizi bildiririk və həyatını itirən şəxsin yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün hərəkətlərində hüquqi məsuliyyət doğuran hallar araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək.

Sözügedən marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verdiyindən marşrut xətti müsabiqəyə çıxarılıb. Artıq AYNA tərəfindən keçirilən müsabiqə nəticəsində 214 və 214A nömrəli marşrutlar üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xətlərin istismarını həyata keçirəcək".
OXŞAR XƏBƏRLƏR